“Hər ay 500 kiberhücuma məruz qalırıq” – NATO-dan etiraf
24-11-2017, 09:33
NATO hər ay 500 kiberhücuma məruz qalır.
Axar.az xəbər verir ki, bunu NATO-nun Məlumat Agentliyinin direktoru Kevin Şeid deyib.
O bildirib ki, kiber sahədə ölkələrin məlumat dövriyyəsi olduqca mühüm əhəmiyyət kəsb edir:
“Bu sahədə NATO Avropa Birliyi ilə əməkdaşlığa yüksək qiymət verir. Kiberhücumlar sunamilərə bənzəyir. Ona görə də, erkən xəbərdarlıq sistemləri həyati önəmə sahibdir”.