Abşeron rayonunda piyadanı vuran sürücü şok vəziyyətinə düşüb

27-11-2017, 07:17           
Abşeron rayonunda piyadanı vuran sürücü şok vəziyyətinə düşüb
Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, yolu keçmək istəyən 1975-ci il təvəllüdlü İbrahimli Arzu Əvəz qızını "Mercedes" markalı minik avtomobili vurub.
Sürücü yaralıya kömək edə bilməyib. Əraziyə cəlb edilən Yol Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə sürücü və yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, sürücü hadisənin baş verdiyi an müvəqqəti şok vəziyyətinə düşüb. Sürücüyə ilkin yardım göstərildikdən sonra o, Abşeron Rayon Polis İdarəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.