Ekvadorda zəlzələ baş verib

5-12-2017, 08:11           
Ekvadorda zəlzələ baş verib
Ekvadorda 4,3 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxt Kitodan 164 km cənubda, ocağı isə 154 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən ilin aprelində Ekvadorda baş verən 7,8 ballıq zəlzələ nəticəsində 600-dək insan həyatın itirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.