Gəncədə qadın özünü zəhərləyib. "Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Alnağiyeva Aygün Zahir qızı sirkə turşusu içərək özünü zəhərləyib. O, xəstəxanaya yerləşdirilib. A. Alnağıyevanın vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.