Karib dənizində 7,8 maqnituda gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb. Yeraltı təkanlar Hondurasın Barra-Patuka yaşayış məntəqəsinin təqribən 201 km-də qeydə alınıb. Onun ocağı yerin 33 km dərinliyində yerləşib.
Yeraltı təkanlar Honduras ərazisinin əksər hissəsində, həmçinin Meksikanın cənubunda hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi var.