Kosmosda boyunun 9 sm uzandığı deyilən astronavt danışdı: - Səhv düşünmüşəm

10-01-2018, 12:51           
Kosmosda boyunun 9 sm uzandığı deyilən astronavt danışdı: - Səhv düşünmüşəm
Daha öncə kosmosda boyunun 9 santimetr uzandığını deyən yaponiyalı astronavt Norişiqe Kanai yanlış düşündüyünü deyib.

Trend-in məlumatına görə, yanlış düşündüyünü anlamağa ona rusiyalı kosmonavt yardımçı olub.

Yaponiyalı astronavt bu barədə özünün "Twitter" səhifəsində yazıb: "Ekspedisiyanın komandiri rusiyalı kosmanavt Anton Şkaplerov dedi ki, 9 santimetr çox böyük rəqəmdir və mən yoxladım. Məlum oldu ki, həqiqətən mən yanılmışam. Belə ki, boyum 182 santimetr təşkil edib ki, bu da kosmosda yerdəki göstərici ilə müqayisədə 2 santimetr çox deməkdir".

O, səhvinə görə üzr istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru