Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər təxliyə edilib
11-01-2018, 09:11
Bakıda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda dördmərtəbəli yaşayış binasının dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb. Yanğın zamanı mənzillərdən 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.