25 yaşlı oğlan qonşusunu amansızlıqla qətlə yetirib - Bakıda

27-08-2015, 11:41           
25 yaşlı oğlan qonşusunu amansızlıqla qətlə yetirib - Bakıda
Bakıda qətl hadisəsi baş verib.

Səbail Rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümovun APA-ya verdiyi məlumata görə, hadisə Badamdar yolu, ev 105 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib.

V. Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.

Hadisəni törədən V. Fəttayev tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru