Azərbaycanda daha bir dəm qazı faciəsi — 2 körpə boğularaq öldü - FOTO

6-03-2018, 22:42           

Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.

teref.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, azyaşlı uşaqlar- Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat ediblər.
Hadisə Bakı şəhərində baş verib. Məlumata görə, evə gələn ata İmran Qüdrətov həyat yoldaşı ilə uşaqlarını halsız vəziyyətdə aşkarlayaraq onları xəstəxanaya aparıb. Azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.
Bacı ilə qardaş Astara rayonunun Şüvi kəndində dəfn olunublar.
Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar - Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru