Şeyxin qudası deputat olmaya bilər - Açıqlama

27-08-2015, 20:46           
Şeyxin qudası deputat olmaya bilər - Açıqlama
Parlament seçkiləri yaxınlaşdıqca bəzi parlamentarilərin seçkilərə qatılmayacağı, seçki marafonunda iştirak etməyəcəyi ilə bağlı informasiyalar yayılır.

Aktual.az-a daxil olan məlumata görə, 27 saylı II Sabunçu seçki dairəsindən Milli Məclisin deputatı, bütün Qafqazın şeyxi Hacı Alahşükür Paşazadənin qudası Qalib Salahzadə də seçkilərdə iştirak etməyəcək.

Hacı Qalib bildirib ki, seçkilərdə iştirakla bağlı qərarı özündən asılı deyil:

“Mən ötən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçkilərdə qalib gəlmişəm. Bu seçkilərdə isə hələ ki, YAP namizədlər siyahısını açıqlamayıb. Əgər YAP siyahı açıqlayandan sonra mənim adım orda olsa, seçkilərdə iştirak edəcəm. Yox əgər adım siyahıda olmasa, seçkilərə qatılmayacam. Bir sözlə, yekun sözü partiya deyəcək. Mənə yaraşmaz ki, partiyanın iradəsindən kənara çıxım”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru