Britaniyalı qadının niyə intihar etdiyi məlum oldu
28-08-2015, 12:25
Böyük Britaniya vətəndaşı Elizabet Adamukunun intiharının təfərrüatları məlum olub.
Vesti.az saytına verilən məlumata görə, qadın özünü asmayıb, o, K.Rəhimov küçəsi, 12А ünvanındakı yaşayış binasının 12-ci mərtəbəsindən özünü atıb. İntiharın səbəblərinə gəldikdə isə ilkin istintaq zamanı ingilis qadının intiharı şəxsi problemlərə görə etdiyi məlum olub. Elizabetin Almaniya vətəndaşı və "Port-Baku" şirkətinin işçisi olan həyat yoldaşı hamilə olan arvadının körpəsini düşürdüyünü deyib. Onun sözlərinə görə, bu, uzun illər boyu gözlənilən körpə idi. Qadın bətnindəki körpəsinin tələf olmasına dözə bilməyib və dərddən intihar edib.