Sərxoş oğul ata evinə od vurdu

28-08-2015, 20:42           
Sərxoş oğul ata evinə od vurdu
Qusar sakini anasının evini yandırdı. ANS PRESS-in məlumatına görə hadisə axşam saatlarında baş verib.

Belə ki evə sərxoş vəziyyətdə qayıdan 39 yaşlı Qusar sakini Rəhman Ağaverdiyev anası Bahacət Ağaverdiyevaya məxsus ikimərtəbəli evi yandırıb. O, 8 otaqlı ümumi sahəsi 240 kv m olan evə dizel yanacağı ilə od vurub. Ev əşyaları ilə birlikdə yanaraq kül olub.

Qusar rayon PŞ-nin təhqiqatçısı Fuad Məstanovun sözlərinə görə artıq hadisəni törədən şəxs, Rəhman Ağaverdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru