"Sığorta Mamed"in oğlu yeni bankda vəzifə aldı

28-08-2015, 21:02           
"Sığorta Mamed"in oğlu yeni bankda vəzifə aldı
Avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu “Azər-Türk Bank” ASC-yə təyinat alıb. Ə.Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib. Qeyd edək ki, Ə.Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub.

Xatırladaq ki, Ə.Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed") oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır. Onu da qeyd edək ki, Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru