AZAL-a məxsus təyyarədə insident baş verib

18-03-2018, 11:50           

İstanbulun Atatürk Hava Limanında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.

“BAKU.WS” “Sabah”a istinadən xəbər verir ki, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".

Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru