Lənkəranda ata oğlunun boğazını kəsib

19-03-2018, 08:21           

Lənkəran sakininin boğazı kəsilib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun "Mikrorayon" adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1999-cu təvəllüdlü, Əli İlham oğlu Yaqubzadənin boğazı kəsilmiş halda ailə üzvləri tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona orada ilkin tibbi yardım göstərilib.



Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, Ə.Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadəin hadisəni törədərkən sərxoş olduğu bildirilir.



Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.