Azərbaycanlının hazırladığı bu velosipedlər görənləri heyrətə gətirir - VİDEO

29-08-2015, 15:46           
Azərbaycanlının hazırladığı bu velosipedlər görənləri heyrətə gətirir - VİDEO
Ölkəmizdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə elə də geniş yayılmayıb. Əksər insanlar daha çox əyləncə məqsədi ilə velosiped sürürlər və belə insanların sayı gündən-günə artır. Paytaxt Bakıda yaşayan bir şəxs insanların bu marağını nəzərə alıb fərqli dizaynda velosipedlər hazırlayır

Bu velosipedlər görənlərin marağına səbəb olur. Onlar ilk baxışdan kiçik motosikletə bənzəyirlər.

Bakının Məhəmmədli kəndində yaşayan Rəfayel Nağıyev uşaqlıq arzusunu illər sonra reallığa çevirir. O qeyri-adi dizaynda velosipedlər hazırlamağa başlayıb. Velosipedlərin bütün detalları ayrılıqda alınaraq yığılır. Bu velosipedlərin çəngəlləri zəncirdəndir. Bu isə ona fərqlilik verir. Maraqlı ideya məşhur “Gost Rider” filmindən götürülüb. Velosipedlər həmin fimdəki motosikletin dizaynı əsasında yığılıb. Qısa müddətdə hazırlansa da, velosipedlər heç də ucuz deyil .Ən ucuzunun qiyməti bir neçə yüz manatdan başlayır
[media=https://www.youtube.com/watch?t=81&v=ce1rhdZDsEM]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.