Penitensiar xidmətin qəzada ölən əməkdaşlarının son - Fotosu

29-08-2015, 20:45           
Penitensiar xidmətin qəzada ölən əməkdaşlarının son - Fotosu
İki gün bundan əvvəl Qaxdan toydan qayıdarkən Şəkidə qəzaya düşərək ölən 4 gəncin birlikdə çəkdirdiyi son fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, dünyasını dəyişən Şəki penitensiar müəssisənin əməkdaşlarının həmin fotosu toyda bir masa arxasında cəkilib.

Xatırladaq ki, Penitensiar xidmətin 4 əməkdaşının öldüyü qəza Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı Sayfa markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Qəza nəticəsində sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər.

Qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəlibmişlər. Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.