Bakıda polisin gözü önündə adam oğurlandı

29-08-2015, 22:38           
Bakıda polisin gözü önündə adam oğurlandı
Moderator.az-a daxil olan məlumata görə, bu gün təxminən saat 18:00 radələrində paytaxtın Səbail rayonunun Şeyx Şamil küçəsində adam oğurluğu baş verib. Hadisə şahidinin bildirdiyinə görə, hər kəsin gözü qabağında mobil telefonla danışan bir şəxsə yaxınlaşan iki nəfər onu zorla “Mersedes” marakalı avtomobilə oturdaraq hadisə yerini tərk edib.
Olayın qəribəliklərindən biri də hadisənın həmin ərazidə motosikletlə xidmət aparan yol polisi əməkdaşının gözü qarşısında baş verməsi olub. Məlumata görə, hadisəyə şahidlik edən polis əməkdaşı dərhal “Mersedes” markalı avtomobilin ardınca düşüb.
Mənbə hər kəsin gözü qarşısında adam oğurlayanların polis tərəfindən ələ keçirilib-keçirilməməsi ilə bağlı məlumatsız olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru