Erməni nazirdən acı etiraf: “Əhalimiz tükənir”

30-08-2015, 00:10           
Erməni nazirdən acı etiraf: “Əhalimiz tükənir”
Ermənistanın səhiyyə naziri Armen Muradyan ölkəsinin acınacaqlı demoqrafik statistikası barədə danışıb .

Amerika Universitetindəki çıxışı zamanı 1990-cı illə 2014-cü ili müqayisə edən nazir bu illər ərzində əhali artımının iki dəfə aşağı düşdüyünü diqqətə çatdırıb: “Əgər 1990-cı ildə ölkədə 80.022 uşaq doğulmuşdusa, 2014-cü ildə bu rəqəm 43.061-ə bərabər olub. Hətta bu illər ərzində bəzi hallarda bu rəqəm 33 minə qədər enib”. Nazirin sözlərinə görə, əvəzində ölənlərin sayında artım qeydə alınıb: “1999-cu ildə 21.993 ölüm qeydə alınmışdı, 2014-cü ildə 27.714 ölüm faktı var. Bu statistikanın sayəsində Ermənistan əhalisi qocalmaqdadır. Əhalinin 7 faizindən çoxu 65 yaşdan yuxarı olanda dövlət həyəcan təbili çalır. Ermənistanda bu rəqəm artıq 11 faizdir”. Muradyan həmçinin ölkədə onkoloji xəstəlik səbəbindən ölənlərin sayının artdığını bildirib. Onun sözlərinə görə, 2002-ci ildə ölənlərin 16 faizi onkoloji xəstəlikdən əziyyət çəkənlər idisə, hazırda bu rəqəm də 20 faizə qalxıb.
QAT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru