Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edilib

27-03-2018, 22:13           

Bakının Qaradağ rayonunda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 kv.m sahədə əriyib.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru