Şirvanda küçədə yeni doğulmuş körpə tapılıb

27-03-2018, 23:34           
Şirvanda küçədə yeni doğulmuş körpə tapılıb
Şirvan şəhərində ikigünlük körpə qız küçəyə atılıb.

“Report”un Aran bürosu xəbər verir ki, martın 25-də doğulmuş qız uşağı küçədə tapılıb.

Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə təhvil verilib. Şöbədən verilən məlumata görə, körpənin çəkisi 3 kiloqramdır və səhhəti qənaətbəxşdir.

Onun kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru