Bakıda anidən yol çökdü, 2 metrlik dəlik yarandı

28-03-2018, 00:05           
Bakıda anidən yol çökdü, 2 metrlik dəlik yarandı
Bakının daha bir yolunda çökmə olub.
Muxalifet.az xəbər verir ki, hadisə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Bu barədə sürücü Tural Əliyev məlumat verib.
Onun sözlərinə görə, avtomobili hərəkətsiz vəziyyətdə olduğu zaman qəfildən maşının önü batıb: “Neftçilərdə, idman mərkəzinin yanında dayanmışdım, özüm də avtomobildə əyləşmişdim. Bir də gördüm maşının bir tərəfi batdı. Düşüb baxdım ki, avtomobilin təkəri çuxura düşüb. İnanırsınız, dayandığı yerdə çökdü”.
Sürücü çökən hissənin dərinliyinin təxminən 2 metr olduğunu söyləyib: “Maşını həmin yerdən çəkdikdən sonra çökən hissəyə baxdım, çox dərin idi. Allah eləməsin biri ora düşsə, canından olar. Ən azından ayağını sındırar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru