Bakıda itkin düşən ərəb turist tapıldı

28-03-2018, 11:09           
Bakıda itkin düşən ərəb turist tapıldı
Ötən gün Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) 17 yaşlı vətəndaşı Sultan Abdulla tapılıb.

BƏƏ-nin Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Kərimov AzVision.az-a bildirib ki, daun sindromlu turistin yeri dünən saat 23:30-da müəyyən edilib.
“Onu öz həmyerlisi olan turist tapıb. Nizami küçəsindəki ("Tarqovi") kafelərdən birində olub. Onu görən şəxs səfirliyə məlumat verib. Bundan sonra valideynlərinə təhvil verildi”.

Qeyd edək ki, daun sindromlu turist Sultan Abdulla dünən saat 05:30-da "Winter Park" hotelini tərk edərək itkin düşmüşdü. O, anası, iki xalası və xalasının uşaqları ilə birlikdə bazar günü Azərbaycana gəlib. Sultan daun sindromlu olduğundan yaddaş problemi var. Kameralar göstərir ki, o, səhər saat 5 radələrində yuxudan durub, paltarını geyinərək oteli tərk edib. Yolu keçərək "Qış parkı"na tərəf gedib. Ondan sonra yoxa çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru