Erməni ermənini azərbaycanlı bilərək güllələyib

31-08-2015, 00:01           
Erməni ermənini azərbaycanlı bilərək güllələyib
Ermənistanın Tavuş vilayətində qeyri-adi hadisə baş verib.


Virtualaz.org xəbər verir ki, Tavuş vilayətində yerli sakinlərdən biri tanımadığı adamı azərbaycanlı bilərək güllələyib. Buna görə də atəş açan şəxs Tsaxkavan kəndinin sakini - Alik qətl törətməyə çalışmaqda ittiham edilir.

Məlumata görə, ittiham aktında qeyd olunur ki, A.Alik bu il yanvarın 4-də saat 22 radələrində yolda tanımadığı adamla rastlaşıb. Sonradan məlum olub ki, bu, 49 yaşlı O.Viktordur.

Nabələd şəxs A.Aliklə ünsiyyətə girmək istəməyib və onunla naməlum dildə danışıb.

A.Alik isə bundan belə nəticə çıxarıb ki, həmin şəxs Azərbaycandan gəlib. Və buna görə də ov tüfəngindən ona atəş açıb.

A.Alik barədə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru