Bakının Pirşağı kəndində yerləşən "Gilavar” sanatoriyasında yanğın başlayıb. teref.az xəbər verir ki, bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər. Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.