Aeroportu tüstü bürüdü, sərnişinlər təxliyə edildi

3-09-2015, 11:19           
Aeroportu tüstü bürüdü, sərnişinlər təxliyə edildi
“Domodedovo” hava limanında baş verən tüstülənmə nəticəsində sərnişinlər təxliyə edilib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər yayıb.

Tüstülənmə yerli vaxtla saat 07:02-də aeroportun üçüncü mərtəbəsində qeydə alınıb.

Sonradan məlum olub ki, tüstülənməyə səbəb elektrik cihazlarının nasazlığı olub.

Məlumatda o da bildirilir ki, yerli vaxtla saat 08:03-də 16 kvadrat metrlik sahəni əhatə edən yanğın lokallaşdırılıb, 08:10-da isə tamamilə aradan qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru