İki erməni əskəri öldürüldü

4-09-2015, 23:05           
İki erməni əskəri öldürüldü
Azərbaycan və Ermənistan qoşunlarının bütün təmas xətti boyu şiddətli mövqe döyüşlərinin getdiy bir vaxtda düşmən ordusu yeni itkilərini açıqlayıb.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma “DQR müdafiə nazirliyi” müqavilə əsasında xidmət keçən iki hərbçisinin Qarabağda Azərbaycan silahlı qüvvələrinin apardığı döyüş əməliyyatları nəticəsində həlak olduğunu açıqlayıb.

Bunlar işğalçı ordunun hərbi qulluqçuları Marat Xaçanyan və Arman Stepanyandır. Təfərrüatlar barədə məlumat verilmir.

Xatırladaq ki, bu, son günlər erməni işğalçı qüvvələrinin cəbhədə gedən döyüşlərdə rəsmən təsdiqlənən ilk itkiləri deyil. Bu gün səhər Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Qazax rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralandığını açıqlayıb, sentyabrın 3-də isə həmin istiqamətdə bir erməni hərbçisi məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkilərinin əslində daha çox olduğunu bildirir.

Azərbaycan ordusu da cəbhə boyu gedən döyüşlərdə itki verib, bu gün bir əsgərimizin Murov istiqamətində düşmən gülləsinə tuş gələrək şəhid olduğu haqda xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru