Hacı Madərin 6 krat deputatlıq arzusu

5-09-2015, 11:57           
Hacı Madərin 6 krat deputatlıq arzusu
Azərbaycanda Milli Məclisin ən təcrübəli deputatlarından olan Hacı Madər Musayev yenidən namizədliyini irəli sürüb.

Bundan öncə 5 dəfə millət vəkili seçilən M.Musayev AzVision.az-a açıqlamasında bildirib ki, təmsil olunduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsindən yenidən deputat olmaq istəyir. “Artıq namizədliyimi vermişəm. İnşallah görək necə olacaq”-deyə millət vəkili bildirib. O, nə üçün 6-cı dəfə deputat olmaq istəməsi ilə bağlı suala cavabında bildirib ki, həm seçicilərinin, həm də öz arzusunu reallaşdırmaq fikrindədir.

Qeyd edək ki, Madər Musayev ilk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Bundan sonra 1995, 2000, 2005, 2010-cu illərdə dalbadal Milli Məclisin deputatı olub. M.Musayev Milli Məclisdə 20 ildir təmsil olunan 14 deputatdan biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru