Erməni general: “Azərbaycanı Türkiyə də silahlandırır”

6-09-2015, 01:20           
Erməni general: “Azərbaycanı Türkiyə də silahlandırır”
“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanda Türkiyə silahlarının olmasına təəccüblənmir”.

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Movses Akopyan jurnalistlərlə söhbətində hazırda davam edən komanda-qərargah təlimlərini şərh edərkən bildirib.

Onun iddiasına görə, Azərbaycanda Türkiyə silahlarının olması ilə özü hələ 1994-cü ildə qarşılaşıb. “Türkiyə heç vaxt inkar eləməyib ki, Azərbaycana kömək edəcək. Türkiyə silahlarından istifadə təəccüb doğurmur. Rəqib həmişə onu tətbiq edib, biz işin işçindəyik. Biz həmçinin, bilirik ki, bu - hansı silahlardır və haradan gətirilir” – deyib erməni general.
Akopyan Rusiyanın Azərbaycana silah verməsindən də narahatlıq ifadə edib, lakin onu da əlavə edib ki, Bakı Moskvadan son illər aldığı silahlardan istifadə eləməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru