Bakıda qardaşlar polisi döydü

6-09-2015, 01:21           
Bakıda qardaşlar polisi döydü
Bakıda iki qardaş Post Patrul Xidmətinin əməkdaşını döyüblər.

Şahidlərin musavat.com-a verdiyi məlumata görə, hadisə Yasamal rayonu, Zərgərpəalan küçəsində baş verib.

Küçədə ictimai qaydanı pozan iki şəxsi Post Patrul Xidmətinin əməkdaşı intizama dəvət edib. Bu zaman polis əməkdaşı həmin iki şəxs tərəfindən döyülüb.

Döyülən polis serjantı 1988-ci il təvəllüdlü Vüqar Şahverənov olub.

Polisi döyənlər Astara rayon sakinləri olan qardaşlar, 1993-cü il təvəllüdlü Fərid Hənifəyev və 1994-cü il təvəllüdlü Elməddin Hənifəyev olub. Polis əməkdaşı sifətindən bir neçə yumruq zərbəsi alıb. Qardaşlar tərəfindən döyülən polis xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru