Abşeronda dəhşətli qətl - Foto

7-09-2015, 22:21           
Abşeronda dəhşətli qətl - Foto
Abşeron rayonunda qətl törədilib. APA-nın məlumatına görə, Sulutəpə qəsəbəsinin yaxınlığında, DYP-nin Ekologiya postunun arxasındalı "Şamlıq" adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. Bu barədə dərhal polisə məlumat verilib. Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunublar. Meyitə baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilib. Öldürülən şəxsin üzərində heç bir sənəd olmadığından, şəxsiyyəti məlum deyil. Meyit müayinə olunması üçün Respublika Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib. Cinayətin hansı şəraitdə və kim tərəfindən törədildiyi də hələlik məlum deyil. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qətli törətmiş şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru