“QAZ 24”lə DYP maşınını vurdular

7-09-2015, 22:26           
“QAZ 24”lə DYP maşınını vurdular
Bakıda yol polisinin avtomobili qəzaya düşüb.

Bu barədə məlumatı musavat.com-a hadisə şahidləri verib. Məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Qəzaya səbəb “QAZ 24” markalı 10 EG 843 dövlət nömrə nişanlı avtomobil olub. Avtomobil Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Sadıx Sadıxovun xidmətdə olan zaman idarə etdiyi BMW markalı 99 YP 264 nömrəli avtomobili vurub.

“QAZ 24”ü idarə edən şəxs Bakı şəhər sakini Elbrus Mehdiyev olub.

Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru