Gənc qadını borca görə döyüb xəstəxanalıq elədi

9-09-2015, 14:46           
Gənc qadını borca görə döyüb xəstəxanalıq elədi
Bərdə rayonunda orta məktəb müəllimi 23 yaşlı qadını ağacla döyərək xəsarət yetirib. "Report"un xəbərinə görə ki, hadisə rayonun Cumalar kəndində baş verib. Belə ki, kənd sakini Gülanə Muradova ilə həmkəndlisi, orta məktəb müəlimi Afət Orucova arasında mübahisə yaranıb. Mübahisə zamanı Afət Orucova gənc qadının başına ağacla zərbələr endirib.

Gülanə Muradova başından aldığı zərbələrdən huşunu itirib və qonşularının köməyilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Aldığı zərbədən iflic vəziyyətinə düşən zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. İlkin məlumatlara görə hadisə pul borcu üstündə baş verib. Belə ki, Gülanə Muradova qonşusu Afət Orucəli qızına 30 manat, Afətin isə Gülanəyə 3000 manat borcu olub. Afət Gülanədən 30 manatını istəyib. Borcunu qaytarmağa aparan gənc qadın öz növbəsində 3000 manat pulunu istəyib. Nəticədə yaranan mübahisə sonradan davaya çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.