"Moody`s" "Bank Technique"ə verdiyi reytinqi geri çağırıb

10-09-2015, 09:43           
"Moody`s" "Bank Technique"ə verdiyi reytinqi geri çağırıb
u gündən etibarən "Moody`s" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-yə verdiyi reytinqi geri çağırıb.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, hazırda bankın həm milli valyutada olan uzunmüddətli depozit reytinqi, həm də xarici valyutada olan uzunmüddətli depozit reytinqi "Caa2" səviyyəsindədir.

Yerli və xarici valyutada olan qısamüddətli depozit reytinqi aşağı səviyyədədir.

Agentlik bankın kreditləşmə qabiliyyətini "Caa3" səviyyəsində qiymətləndirir.

Reytinqin geri çəkilməsinə gəlincə, agentlik bunu "öz biznes əlaqələri" ilə bağlayıb.

"Moody`s" qeyd edir ki, 2014-cü ilin iyunun 30-a bankın məcmu aktivləri 68,5 mln. manata, nizamnamə kapitalı isə 49,8 mln. manat təşkil edir. Həmin dövr üçün bankın xalis mənfəəti 1,3 mln. manat olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.