14 yaşlı qız evdən 10 min manat oğurladı və qaçdı 10-09-2015, 10:14 Abşeron rayonunda oğurluq hadisəsi olub. Bu barədə Report-a Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib. Belə ki, rayon sakini Nuray Rəhimova şöbəyə müraciət edərək 14 yaşlı qızı Ç.-nın evdən 10 min manat pul götürərək qaçdığını bildirib. Hazırda 14 yaşlı qızın axtarışları davam etdirilir. Facebook-da paylaş