Ağsu sakini həyat yoldaşına 7 bıçaq xəsarəti yetirib

20-06-2018, 00:38           
Ağsu sakini həyat yoldaşına 7 bıçaq xəsarəti yetirib
Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu gün axşam saatlarında rayonun Qaraqaşlı kənd sakini, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızı həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. O, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.

Məlumata görə, kişi arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxsin tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru