Novxanı "Aqua Park"da FACİƏ - ÖLƏN VAR

5-07-2018, 22:50           

Novxanıda yerləşən "Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib.

teref.az lent.az-a istinadən xəbər verir ki, əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.

Əyləncə mərkəzinin meneceri Sevinc xanım (soyadı dəqiqləşdirilməyib) faktı təsdiqləyib. O, bildirib ki, hazırda həmin yerə gedir: "Mənə məlumat veriblər. Lakin həyatını itirən vətəndaşın şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hadisənin necə baş verdiyindən xəbərsizəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bildirib ki, bu radədə Mətbuat Xidmətində məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru