Bir ailənin faciəsi: Ana öldü, oğullar xəstəxanaya düşdü

6-07-2018, 13:35           

Goranboy rayonunun Nizamikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, iyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi "VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi "Suzuki” markalı avtomobilə vurub. Nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölmüş, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru