Güclü yağışlar bəzi rayonlarda fəsadlara səbəb olub

16-07-2018, 01:12           
Güclü yağışlar bəzi rayonlarda fəsadlara səbəb olub
Qərb bölgəsinə yağa yağış bir sər fəsadlar yaradıb.

İki gündür bölgəyə yağan güclü yağış bir sıra çətinliklər yardıb. Yağış Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərində əkin sahələrinə ciddi ziyan vurub. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Tovuzun ucqar dağ kəndlərindən olan Əsrik Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində leysan yağış dəmyə şəraitində əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və.s tərəvəz bitkilərini kökükndən yuyub. Yetişməkdə olan meyvələr də küləklə müşayət olunan yağış nəticəsindəyerə tökülüb. Həmşinin bəzi ərazilərdə ağaclar kökündən çıxıb. Güclü külək bəzi evlərin damını da yararsız hala salıb. Ərazidə olan müəyyən evləri su basıb.

Leysan xarakterli yağan yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Kəndlərdə elektirk enerjisinin təminatında uzunmüddətli fasilələr yaranıb. Rayon İcra Hakimiyyətinin nəzdnində mövcud durumla əlaqədər fövqəladə komissiya yaradılıb. Dağıntı, çöküntü, təsərrfüfat sahələrinə baxış keçirilib. Əhaliyə dəyən maddi ziyan hesablanır. (APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.