Goranboyda 4 uşaq anası, 23 yaşlı qadın itkin düşüb

16-07-2018, 10:40           
Goranboyda 4 uşaq anası, 23 yaşlı qadın itkin düşüb
Goranboy rayonunda 23 yaşlı qadın itkin düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü Elvira İmran qızı Əzizova 5 gün öncə günorta saatlarında, rayonun Tatarlı kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

E.Əzizovanın nənəsi Savad Məmmədovanın dediyinə görə, 4 uşaq anası olan nəvəsinin heç bir təhsili yoxdur və onu himayəsində böyüdüb.

Nənəsi əlavə edib ki, E.Əzizovanın ailəsində problemi olmayıb: "Bütün qohum-tanışlarından maraqlanmışıq, heç kim onu görməyib. Övladları olan 4 və 5 yaşlı həmçinin 8 aylıq olan əkiz oğlanları analarının yolunu gözləyirlər. Hətta analarının getdiyi gündən bəri normal yemək də yemirlər. Xahiş edirəm nəvəmi görənlər bizə köməklik etsin."

E.Əzizovanı görənlərdən, 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru