Bakıda iyrənc hadisə — Dönərə pulu çatmayan 14 yaşlı uşaq döyüldü

16-07-2018, 12:30           
Bakıda iyrənc hadisə — Dönərə pulu çatmayan 14 yaşlı uşaq döyüldü
Ötən gün Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı azyaşlı döyülüb.
“Ölkə.Az”ın məlumatına görə, restoran işçiləri olan 2 nəfər naməlum şəxs 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimovu döyüblər. Zərərçəkən uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Uşağın döyülməsi ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Xəstəxanaya gələn polis əməkdaşları uşağın ilkin izahatını alıblar.
Məlum olub ki, Mirsüleyman Rəhimov dönərin hesabını verməyə pulu çatmadığına görə, əvvəl təhqir olunub sonra döyülüb.

Faktla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hazırda 14 yaşlı azyaşlını döyən restoran işçilərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru