Bakıda xanım sürücü qəza törədib, xəsarət alan var

17-07-2018, 08:42           
Bakıda xanım sürücü qəza törədib, xəsarət alan var
Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığından keçərkən Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes" ona çırpılıb. Nəticədə "BMW"-nin sürücüsü bədən xəsarətləri alıb.

Qəzadan sonra hər iki tərəf arasında mübahisə düşüb.

Əraziyə Post Patrul və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.