İranın şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib.
Trend-in verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 03:58-də qeydə alınan zəlzələnin episentri Bocnurd şəhərindən 38 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.