İranda yol qəzası nəticəsində Azərbaycan vətəndaşı ölüb

1-08-2018, 07:57           
İranda yol qəzası nəticəsində Azərbaycan vətəndaşı ölüb
İranın Ərdəbil əyalətinin şimalında Parsabad – Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.



APA-nın Tehran bürosunun məlumatına görə, avqustun 31-də günün ikinci yarısında Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.



Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi açıqlamasında bildirb ki, “Peugeot” markalı minik avtomobili ilə Azərbaycan vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub. “Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır.”



Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan 3 nəfər Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alırlar. Vəziyyətləri qənaətbəxşdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.