Televiziya işçiləri qəzaya düşdü

21-09-2015, 17:46           

Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb. APA-nın məlumatına görə, hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. “Dünya” TV-nin çəkiliş qrupunu aparan “Lifan” markalı maşın “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb. N. Rəsulov APA-ya açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: “”Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru