Tanınmış diktor Davud Əhmədov vəfat edib

24-09-2015, 12:57           
Tanınmış diktor Davud Əhmədov vəfat edib
Azərbaycanın tanınmış diktoru Davud Əhmədov bu gecə vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 74 yaşlı diktor ürək çatışmazlığından əziyyət çəkib. Mərhum bu gün saat 18.00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, D Əhmədov 1941-ci ildə Lənkəranda anadan olub. 1960-cı ildə Teatr İnstitutunun kino və dram aktyorluğu şöbəsinə qəbul olunub. İkinci kursda oxuyarkən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Teymur Elçin tərəfindən səsi bəyənilib, “Ulduz” verilişinin aparıcısı olub. 1963-cü “Romeo-Cülyetta və zülmət” əsərində Pavel, 1980-ci illərin əvvəllərində Süleyman Sani Axundovun “Laçın yuvası”nda Ədil bəy obrazlarını canlandırıb. 1965-ci ildə əsgərliyə gedib, 1967-ci ilin yanvarında televiziyaya işə qayıdıb. Şeirlər yazıb. Vaxtilə səsinə görə onu “Azərbaycanın Levitanı” da adlandırıblar. Televiziyanın fondunda 300-dən çox şeir və əsər səsləndirilməsində onun səsindən istifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru