Tərtərdə qurban bayramı münasibəti ilə tədbir

24-09-2015, 13:11           

Tərtərdə Qurban bayramı münasibəti ilə tədbir keçirilmişdir
Tərtər rayonunda Qurban bayramı münasibəti ilə tədbir keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri müqəddəs qurban bayramı münasibətilə təbrik etmiş, onlara can sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzulamışdır. Sonra Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov qurban kəsiləcək heyvanlara dua oxudu, dini adətimizə uyğun olaraq qurban mərasimi başladı.
Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha, yatax xəstəsi və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə və hərbi hissələrə, ümumilikdə 7,0 tona yaxın qurban əti paylanmışdır.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru