Saatlıda “Ford” markalı maşın ağaca çırpılıb, sürücü yaralanıb

16-08-2018, 07:28           
Saatlıda “Ford” markalı maşın ağaca çırpılıb, sürücü yaralanıb
Saatlıda 1 nəfərin ağır bədən xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Şirinbəy kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Musa oğlu idarə etdiyi “FORD” markalı ərzaq daşıyan maşınla hərəkətdə olarkən anidən idarəetməni itirib, avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilmiş FHN-ni xilasediciləri tərəfindən maşında sıxılmış vəziyyətdə qalan P. Məmmədov çıxarılaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru