İstirahətə getdi, qayıdanda evinin talan edildiyini gördü

16-08-2018, 10:11           
İstirahətə getdi, qayıdanda evinin talan edildiyini gördü
Nizami rayonu, Şərifli küçəsi, Məhəllə 2591, ev 1 –də oğurluq cinayəti baş verib.
“Ölkə.Az”ın məlumatına görə, avqust ayının 4-dən istirahətdə olan Nadir Məmmədov ötən gün evinə qayıtdıqda gözlərinə inanmayıb. Naməlum oğrular evində dəmir barmaqlıqları sındırmaqla 1500 manatlıq qızıl, 5000 manat pul və 2 ədəd də mobil telefon oğurlayıblar. Zərərçəkən baş vermiş hadisə ilə bağlı 25-ci Polis Bölməsinə məlumat verib. Hadisə yerinə gələn əməliyyatçılar ilkin müayinə zamanı müəyyən ediblər ki, oğurluq cinayəti təxminən 10 gün qabaq baş verib.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177 (oğurluq) maddəsiylə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru