Yunanıstanda sərnişin təyyarəsi bomba xəbəri səbəbindən təcili eniş edib

17-08-2018, 06:46           
Yunanıstanda sərnişin təyyarəsi bomba xəbəri səbəbindən təcili eniş edib
Almaniyanın "Condor s 270" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsində bomba səbəbindən Yunanıstan Krit adasında yerləşən Hanya hava limanına eniş edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə"Skai" telekanalı məlumat yayıb.

"Boeing 757-300" Misirin Hurqada aeroportundan Düsseldorf istiqamətində hərəkətdə olub. Təyyarə Krit və Peloponnes arasında olan zaman pilot məcburi eniş üçün icazə istəyib və Bakı vaxtı ilə təqribən 22.30-da Hanya hava limanına eniş edib.

Sərnişinlər və 11 heyət üzvü təcili şəkildə təyyarəni tərk edib.

Aeroporta fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru